Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ağır qəza, çoxlu sayda yaralı var

Türkiyədə ağır qəza, çoxlu sayda yaralı var


Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə aşıb.

Hadisə Düzcedə qeydə alınıb. Qəza nəticəsində 3-ü ağır olmaqla 24 nəfər xəsarət alıb.

Sürücü ifadəsində bildirib ki, mikroavtobus əyləclərinin işləməməsi nəticəsində təqribən 50 metrdən xəndəyə düşüb.

Atatürk Dövlət Xəstəxanası və Düzce Universiteti Tibb Fakültəsi Təhsil, Araşdırma və Tətbiq Xəstəxanasına çatdırılan yaralılardan 3-nün vəziyyətinin həyati təhlükəsi olduğu, 8-nin evə buraxıldığı, digərlərinin isə müalicəsinin davam etdiyi bildirilib.

Anar Əliyev
Xəbəri paylaş