Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ordumuzun rəşadəti və Əsgərlərimizin şücaəti nəticəsində 3 ildə xalqımızın tarixinə iki şanlı şərəf və zəfər səhifəsi yazıldı

Ordumuzun rəşadəti və Əsgərlərimizin şücaəti nəticəsində 3 ildə xalqımızın tarixinə iki şanlı şərəf və zəfər səhifəsi yazıldı


"Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı dəstələrinə qarşı antirerror əməliyyatında bir il ötdü".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Dövlət Gömrük Akademiyasının rektoru Qulu Novruzov qeyd edib ki, Ermənistan silahlı birləşmələrinin işğal etdikləri ərazilərimizdən qeyd şərtsiz çıxarılması haqqında BMT TŞ-nın kagız üzərində qalan dörd qətnaməsi qəhrəman ordumuz tərəfindın 2020-ci ildə Vətən müharibəsində icra olundu:

"Həmin ilin noyabrda imzalanmış üçtərəfli bəyannamənin erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması haqqında müddəası da üç il ərzində kağız üzərində qaldı. Qalib ordumuzun ötən ilin 19-20 sentyabr tarixlərində keçirdikləri 23 saatlıq antiterror əməliyyatının nəticəsi olaraq Ermənistan ordusunun birləşmələri tərksilah edilərək ərazilərimizdən çıxarıldı.

Yenə də silah və güc yolu ilə. Beləliklə, ölkəmizin bütün ərazisi üzərində dövlət süverenliyi təmin olundu! Ali Baş Komandanımızın iradəsi və qətiyyəti, Ordumuzun rəşadəti və Əsgərlərimizin şücaəti nəticəsində 3 ildə xalqımızın tarixinə iki şanlı şərəf və zəfər səhifəsi yazıldı".

Qulu Novruzov, "Bütün Şəhidlərimizin əziz xatirəsin ehtiram və əbədi borc hissi ilə anırıq! Allah Şəhidlərimizin bizlərə əmanəti olan Vətənimizə və onların doğmalarına olan borcumuzu layiqincə ödəyə bilməyi nəsib eləsin!",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş