Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elə Amerika Azərbaycana təzminat ödəməlidir?

Elə Amerika Azərbaycana təzminat ödəməlidir?


Son günlərdə ABŞ və Kanadadakı erməni lobbisinin və havadarlarının Azərbaycana qarşı yeni çirkin kampaniayaları müşayiət edilməkdədir. ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılması, qondarma “Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması və Qarabağı könüllü tərk etmiş ermənilərə “dəymiş zərər” və əmlakla bağlı kompensasiya ödənilməsi üçün Azərbaycanın aktivlərinin müsadirə olunması və s. sərsəm təkliflərin hər birinin arxasında ölkəmizə qarşı yeni təxribatlar dayanır.

Sentyabrın 22-də Kanadanın xarici işlər naziri Melani Jolinin Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin birinci ildönümü ilə əlaqədar verdiyi bəyanatda erməni sakinlərinin təhlükəsiz və ləyaqətli qayıtmaq hüququnun, insan hüquqlarının təcili təmin edilməsi tələbi də bu avantüraların bir hissəsidir.

Ötən gün yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edən Cənab Prezident İlham Əliyev də bəyan etdi ki, Ermənistan və havadarları İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Ermənistanın arxasında dayanan ölkələrin qəbul etdikləri qərarlar və açıqlamalar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır.

Bütün bunların səbəbi isə 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatından sonra öz dövlət suverenliyini tam bərpa edən Azərbaycanın daha da inkişaf etməsi, güclənməsidir.

ABŞ və Kanada insan haqlarına qarşı bu qədər həssasdırsa, qaçqınların taleyinə xüsusi diqqət və qayğı göstərirsə, niyə 30 il ərzində Azərbaycanın 1 milyona yaxın vətəndaşını öz doğma torpaqlarından didərgin salaraq hüquqlarını pozan Ermənistandanın bu işğalçı siyasətinə etiraz etmirdi?

Ermənistan 30 il ərzində bu insanların evlərini, əmlaklarını darmadağın edilib, torpaqlarını, maddi nemətlərini, bütün təsərrüfatlarını məhv edib, gəlir əldə etmək imkanlarını əllərindən alıb. Ermənistan və havadarlarının Qarabağda dağıdaraq talan etdiyi sərvətlərin dəyəri 200 milyard dollardan artıqdır. Təkcə, 1 milyon insanın əmlak və maddi aktivlərinin dəyəri 100 milyard dollardan çoxdur.

ABŞ niyə onlarının təzminat məsələsini indiyə qədər qaldırmayıb?

Yaxud, Kanada Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıtmaq hüququnu, onalara zəruri təminatların yaradılmasını niyə bu illər ərzində tələb etmədi?

Eləcə də 250 mindən artıq Qərbi Azərbaycanlı 35 ildən artıqdır ki, öz evlərindən didərgin salınıb, bütün maddi əmlakları əllərindən alılnıb. Qərb heç vaxt bizimlə maraqlanmayıb. İndi 50-60 min erməninin “hüquqları”, təzminat məsələsi ilə Azərbaycanı şantaj etmək istəyirlər.

Bəs 1 milyon məcburi köçkünün, 250 min Qərbi Azərbaycan qaçqınının haqq və ləyaqətli yaşayış hüquqlarını, təzminatını kim ödəyəcək, Amerika bunları niyə dilə gətirmir?

Çünki ABŞ özü 30 il Ermənistanla birlikdə Qarabağda Azərbaycanın təbii sərvətlərini talan edib, milyardlarla dollar ziyan vurub. Təzminat ödəmək lazımdırsa, ABŞ özü Azərbaycan təzminat ödəməlidir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş