Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident biz gənclər qarşısında mühüm vəzifələr qoydu

Prezident biz gənclər qarşısında mühüm vəzifələr qoydu


"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxış edərkən biz gənclərin qarşısında mühüm vəzifələr qoydu, bizlərə qanunverici orqanın kürsüsündən öz tövsiyələrini çatdırdı".

Newscenter.az xəbər verir ki, bunu gənc politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, ölkə gəncləri Cənab Prezidentin proqram xarakterli çıxışından nəticə çıxararaq bundan sonra öz üzərilərində daha çox işləməli, Azərbaycanın gələcəyi üçün daha savadlı və bilikli olmalıdırlar:

"Təbii ki, bu sırada milli ruhda, vətənpər olaraq böyümək, tərbiyə görmək də xüsusi qeyd edilməlidir. Biz gənclər hər zaman bu iki mühüm amilə diqqət etməliyik".

Elvin Babayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən başlıca amillərdən biri də ötən illər ərzində milli ruhda, vətənpərvər gənclər ordusunun yetişməsi idi".

Elvin Babayev onu da deyib ki, Azərbaycan dövləti, şəxsən dövlət başçısı qeyd edilən müsbət tendensiyaları özündə cəmləşdirmək üçün gənclərə hər bir şərait yaradır.

Anar Əliyev
Xəbəri paylaş