Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da həbslər başladı

ABŞ-da həbslər başladı


Birləşmiş Ştatlarda bir gündə 500-dən çox sənədsiz immiqrant saxlanılıb.

Newscenter.az Röyters-əistinadən bildirir ki, bundan başqa daha 373 nəfər sənədsiz immiqrantın saxlanması üçün müraciət edilib.

Ağ Evin sosial media platforması X-də edilən açıqlamada ABŞ Gömrük və Sərhəd Mühafizəsinin (ICE) ölkənin müxtəlif bölgələrində 538 sənədsiz immiqrantı saxladığı təsdiq olunub.

Açıqlamada, “Bu, ABŞ prezidenti Donald Tramp administrasiyasının ölkəmiz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün atacağı addımların sadəcə kiçik bir önizləməsidir”,-deyə vurğulanıb.

Saxlanılan şəxslərin bəzilərinin adları və törətdikləri cinayətlər X-də paylaşılıb.

Anar Əliyev
Xəbəri paylaş