.
TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı arasında imzalanmış əməkdaşlıq memorandumu psixi sağlamlıq sahəsində yeni bir mərhələnin başlanğıcıdır. Memorandum çərçivəsində birgə layihələr həyata keçiriləcək, psixi sağlamlıq xidmətlərinin keyfiyyəti yüksəldiləcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri İDDO Psixi Sağlamlıq Proqramı Jalə Əhmədova səsləndirib.
O bildirib ki, xüsusilə, Vahid Elektron Psixi Sağlamlıq Proqramı təqdim olunaraq, autizmli uşaqların diaqnoz və müalicəsində mövcud problemlərin həllinə, qeyri-peşəkar fəaliyyətlərin qarşısının alınmasına və vahid statistikanın yaradılmasına yönəlmiş bir yanaşma təqdim edildi.
"Bu əməkdaşlıq cəmiyyətimizdə psixi sağlamlıq problemlərinə daha effektiv və şəffaf yanaşmanın təməlini qoyacaq".
Süleyman