Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarə ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlana bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın baş nazirin müavini Kanat Bozumbayev məlumat verib. O bildirib ki, ICAO-nun tələblərinə görə, aviasiya qəzasının təhqiqatının nəticələri bir ay ərzində dərc edilməlidir.
"Biz inanırıq ki, Nəqliyyat Nazirliyi gələn həftə ilkin məlumatları açıqlayacaq. Çünki ICAO-nun konkret 30 günlük tələbi var".
Onun sözlərinə görə, ayrı-ayrı cinayət işi üzrə istintaq aparılır:
"Bu gün qara qutu qeydləri var. İndi ekipaj və nəzarətçilər arasında söhbətlər təyyarənin parametrləri ilə müqayisə edilir. Bunun üçün məhkəmə ekspertizası lazımdır".
Anar Əliyev