Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Davos Forumunda Cənab Prezidentin iştirakı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir

Davos Forumunda Cənab Prezidentin iştirakı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir


"Davos Forumunda Cənab Prezidentin iştirakı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Təkcə Forumda iştirak deyil, eləcə də Forum çərçivəsində dövlət başçısının keçirdiyi görüşlərin hər biri Azərbaycan üçün bütün parametrlər üzrə faydalıdır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycan uzun illərdir ki, Davos Forumunun mühüm tərəfdaşlarından birinə çevrilib:

"Hər ötən il bu əməkdaşlıq daha da inkişaf edir. Maraqlı və təqdir edilən məqam ondan ibarətdir ki, Davos Forumu platforması da öz növbəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə, gücləndirməyə maraqlıdır. Dövlət başçımızın hər il bu foruma dəvət edilməsi deyilənlərin təsdiqidir. O cümlədən Azərbaycanın iqtisadi sahədə atdığı addımlar, həyata keçirdiyi layihələrin Forumun tribunasından dünyaya çatdırılması da bizim üçün olduqca əhəmiyyətlidir".

Arzuman Muradlı deyib ki, Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlərin həm siyasi, həm diplomatik, həm də iqtisadi baxımdan faydaları böyükdür:

"Cənab İlham Əliyevin forum çərçivəsində müxttəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər Ermənistanla münasibətlərin nizamlanması və sülh müqaviləsi ilə bağlı məlumatların, ən əsası Azərbaycanın haqlı mövqeyinin həmin ölkələrin rəhbərlərinə, bir sözlə dünyaya çatdırılması baxımından əhəmiyyətlidir. Bildiyimiz kimi, dövlət başçısı Davosda dünyanın tanınmış şirkərlərin rəhbərləri ilə də çoxsaylı görüşlər keçirib. Bu görüşlər də xarici investisiyaların Azərbaycana cəlb edilməsi baxımından ölkəmiz üçün faydalı hesab edilə bilər. Bir sözlə desək Davos Forumu, bu platforma ilə əməkdaşlığı inkişaf etdirmək, onun keçirdiyi tədbirlərə qatılmaq bütün parametrləri üzrə Azərbaycana faydalıdır".

Süleyman
Xəbəri paylaş