Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair dəyirmi masa keçirilib

Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair dəyirmi masa keçirilib


Azərbaycan Respublikasının Sosial Tədqiqatlar Mərkəzi (STM), Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Bakı Mətbuat Müşavirliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda dəyirmi masa tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirin açılışında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edib.

Tədbirdə media nümayəndələri iştirak edib, həmçinin tədbir çərçivəsində keçirilən panellərdə media orqanlarının və aparıcı media subyektlərinin rəhbərləri çıxış edib.

Türkiyə və Azərbaycan Media Platforması çərçivəsində təşkil olunan tədbirdə iki ölkə arasında media sahəsində əməkdaşlığın cari vəziyyəti, əldə olunan nailiyyətlər və gələcək perspektivlər müzakirə edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən imzalanıb. Sənədin imzalanması ilə Türkiyə-Azərbaycan ortaq media platforması yaradılıb.

Süleyman
Xəbəri paylaş