
2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum baş tutacaq.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
“Referendum 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq", - o qeyd edib.