Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Fazil Mustafa seçiciləri ilə görüşüb

Millət vəkili Fazil Mustafa seçiciləri ilə görüşüb


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bugün Bakı şəhəri, Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.

Newscenter.az xəbər verir ki, qəbulda 26 saylı Sabunçu birinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə yanaşı digər vətəndaşlar da iştirak edblər. Görüş zamanı deputat vətəndaşların problemlərini fərqdi qaydada dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Qəbul iştirakçılrının qaldırdıqları məsələlər başlıca olaraq, məşğulluq, sosial təminat, təhsil, səhiyyə, idman infrastrukturlarının əlçatanlığındakı problemlər və digərlərindən ibarət olub.

Vətəndaşları narahat edən məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli ilə bağlı aidiyyatı üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.

Süleyman
Xəbəri paylaş