Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan uran hasil edəcək

Özbəkistan uran hasil edəcək


Geologiya sahəsində islahatları davam etdirən Özbəkistan Monqolustanla yeni birgə layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlara başlayıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, ölkənin Xarici Geologiya Şirkətinin baş direktoru Hayitboy Omonov və Navoiyuran Dövlət Müəssisəsi nəzdində fəaliyyət göstərən Uran və Nadir Metalların Geologiyası Elmi Mərkəzinin təsisçisi Hüsniddin Olovov MonAtom şirkətinin Monqolustanda yerləşən nümayəndələri ilə danışıqlar aparıb.

Hayitboy Omonov qeyd edib ki, Özbəkistan geologiya sahəsində ardıcıl islahatlar həyata keçirir:

"Uran və nadir metalların hasilatı sahəsində əməkdaşlıq hər iki tərəfə iqtisadi səmərə verir. Bizim üçün ən vacib istiqamət müasir texnologiyalar əsasında geoloji kəşfiyyat işləri aparmaq, mineral ehtiyatların səmərəli və ekoloji cəhətdən təhlükəsiz işlənməsi üçün zəmin yaratmaqdır. Monqolustanda layihədə iştirak bizə təcrübə mübadiləsi aparmağa və elmi əməkdaşlıq potensialımızı artırmağa imkan verəcək. Bu tərəfdaşlıq həm də regional iqtisadi inkişafa mühüm töhfə verəcək".

Yekun razılaşmalarda həmçinin qeyd olunur ki, iştirakçılar geoloji məlumatların və hesabatların mübadiləsi, onların dərindən öyrənilməsi və müvafiq nəticələrin çıxarılması üçün mərhələli plan hazırlayıblar.

Bu ilin avqustunda tərəflər Monqolustanın cənubundakı Dornqov bölgəsinə səfər ediblər. Orada onlar perspektivli Nars uran yatağında son illərdə aparılan geoloji-kəşfiyyat işlərinin nəticələri ilə tanış olublar. Sahənin geoloji strukturu da öyrənilmiş və geoloji qiymətləndirmə işlərinə başlamaq üçün zəruri olan infrastruktur obyektlərinin mövcud vəziyyəti qiymətləndirilmişdir.

Xatırlayırıq ki, 2025-ci ilin iyununda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Monqolustana səfəri zamanı iki ölkədə xammal yataqlarının birgə işlənməsini təklif etmişdi. Bunun geoloji kəşfiyyat proqramının həyata keçirilməsi, texnologiya transferi, təcrübə mübadiləsi və kadr hazırlığı yolu ilə həyata keçirilməsi planlaşdırılır.

Süleyman
Xəbəri paylaş