Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiya şirkəti Daşkənddə peşə təhsili mərkəzi açır

Yaponiya şirkəti Daşkənddə peşə təhsili mərkəzi açır


Yaponiyanın “Onodera User Run” şirkəti Daşkənddə peşə hazırlığı mərkəzi açacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Özbəkistanın səfiri Muhsinxoca Abduraxmonov şirkət rəhbərliyi ilə danışıqlar aparıb.

Söhbət zamanı əmək miqrasiyası sahəsində birgə layihələr və gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, Onodera User Run şirkəti Özbəkistanda gənclərə yapon dilini və əlaqəli peşələri öyrətmək məqsədi daşıyan layihə həyata keçirir. Xüsusilə şirkət Daşkənddə təlim mərkəzini işə salır.

"Biz gənclərin xaricdə gələcəyini açmaq üçün bir neçə ölkədə yapon dilini öyrədirik. Biz həmçinin onlara Yaponiyadakı tibbi və sosial rifah müəssisələrində iş tapmaqda kömək edirik", - deyə şirkətin saytında deyilir.

Süleyman
Xəbəri paylaş