Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstan Ukrayna üçün neft anbarı inşasına icazə verməyəcək

Macarıstan Ukrayna üçün neft anbarı inşasına icazə verməyəcək


Macarıstan hökuməti Ukrayna üçün öz ərazisində neft anbarının tikintisinə icazə verməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu baş nazir Peter Magyar deyib. O bildirib ki, Macarıstanın MOL şirkəti və Ukraynanın Naftogaz şirkəti arasında imzalanmış bu məsələ ilə bağlı anlaşma memorandumunun icrası təmin edilməyəcək.

“MOL-un anlaşma memorandumunun imzalandığı anbar nə Macarıstan-Ukrayna sərhədində, nə də başqa yerdə tikilməyəcək. Bu yaxınlarda dərc olunmuş bəyanatı oxusanız, bunun yalnız nəzəri bir ehtimal olduğunu görərsiniz. Hətta tətbiq olunsa belə, illər çəkəcək. Amma mən bildirmək istəyirəm ki, Tisa hökuməti hakimiyyətdə olduğu müddətcə bu baş verməyəcək”, - deyə Magyar Macarıstan Parlamentində çıxış edərkən bildirib.

Anar
Xəbəri paylaş