
2026-cı ilin yanvar-avqust aylarında Özbəkistanın 5,3 milyon vətəndaşı turist məqsədi ilə xarici ölkələrə səyahət edib.
Bu barədə Milli Statistika Komitəsi məlumat verib.
Qeyd olunur ki, xaricə gedən Özbəkistan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 109,9 min nəfər artıb.
Statistikaya görə, özbəklər əsasən qonşu ölkələrə səyahət ediblər. Hesabat dövründə ən çox səfər Qırğızıstan Respublikasının payına düşüb - 2,427,526 nəfər.
Növbəti sırada Qazaxıstan - 955,829 nəfər və Tacikistan - 876,650 nəfərdir.
Özbəkistan vətəndaşları tərəfindən turist məqsədi ilə ən çox ziyarət edilən TOP-10 ölkə bunlardır:
— Qırğızıstan Respublikası — 2,427,526 nəfər;
— Qazaxıstan — 955,829 nəfər;
— Tacikistan — 876.650 nəfər;
— Rusiya — 257.567 nəfər;
— Türkiyə — 212.265 nəfər;
— Səudiyyə Ərəbistanı — 184.155 nəfər;
— BƏƏ — 56.910 nəfər;
— Çin — 52.043 nəfər;
— Misir — 39.599 nəfər;
— Vyetnam — 33.439 nəfər.
Beləliklə, 2026-cı ilin ilk səkkiz ayında qonşu ölkələr özbəklərin xarici səfərlərinin coğrafiyasına liderlik edib.












































