
NATO-nun mahiyyəti illər ərzində dəyişməyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitriy Peskov deyib. O bildirib ki, blok qarşıdurma aləti kimi yaradılıb və belə də qalır:
"Şimali Atlantika Alyansının mahiyyəti illər ərzində dəyişməyib. Bu, qarşıdurma üçün yaradılmış bir blokdur. Təəssüflər olsun ki, NATO hələ də qarşıdurma aləti olaraq qalır".
Qeyd edək ki, Peskov bunları Baltik dənizində NATO təlimlərini şərh edərkən deyib. Təlimlərdə digər növ əməliyyatlarla yanaşı, ticarət gəmilərini ələ keçirmək istiqamətində də məşqlər gedir.
Anar











































