
Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, liderlərin görüşü 22 sentyabrda Nyu-Yorkda planlaşdırılıb.
Məlumata görə, Zelenski Amerika lideri ilə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların gedişatını müzakirə etməyə ümid edir və Kiyevin dediyi kimi "qış dəstəyi" paketinin bir hissəsi olaraq bir daha əlavə hava hücumundan müdafiə vasitələri tələb etmək niyyətindədir. Görüşdə başqa bir mövzu Ukraynanın Patriot raketlərinin istehsalı üçün lisenziya tələbi olacaq.
Ali Radanın üzvü Yaroslav Jeleznyak Zelenskinin təyyarəsinin artıq ABŞ-a yola düşdüyünü bildirib.
Daha əvvəl, Trampla telefon danışığından sonra Zelenski Ağ Ev rəhbərinin onunla Nyu-Yorkda görüşməyə razı olduğunu açıqlamışdı.
Anar












































