Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəklər ən çox hansı ölkələrə səyahət edirlər? Türkiyə ilk beşlikdədir

Özbəklər ən çox hansı ölkələrə səyahət edirlər? Türkiyə ilk beşlikdədir


2026-cı ilin yanvar-avqust aylarında Özbəkistanın 5,3 milyon vətəndaşı turist məqsədi ilə xarici ölkələrə səyahət edib.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat verib.

Qeyd olunur ki, xaricə gedən Özbəkistan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 109,9 min nəfər artıb.

Statistikaya görə, özbəklər əsasən qonşu ölkələrə səyahət ediblər. Hesabat dövründə ən çox səfər Qırğızıstan Respublikasının payına düşüb - 2,427,526 nəfər. Növbəti sırada 955,829 nəfərlə Qazaxıstan və 876,650 nəfərlə Tacikistan gəlir.

Özbəkistan vətəndaşları tərəfindən turist məqsədi ilə ən çox ziyarət edilən TOP-10 ölkə isə Qırğızıstan, Qazaxıstan, Tacikistan, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Çin, Misir və Vyetnamdır.

Beləliklə, 2026-cı ilin ilk səkkiz ayında qonşu ölkələr özbəklərin xarici səfərlərinin coğrafiyasına liderlik edib.

Süleyman
Xəbəri paylaş