Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tibb müəssisələrində sterilizasiya şöbələri standartlara cavab vermir

Tibb müəssisələrində sterilizasiya şöbələri standartlara cavab vermir


Deputatların bölgələrdə araşdırmaları zamanı doğum komplekslərində, iri tibb müəssisələrində tibbi avadanlıqların dezinfeksiya və sterilizasiya işlərinin lazımi səviyyədə aparılmadığı müşahidə edilib.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Bildirilib ki, regionlardakı tibb müəssisələrinin sterilizasiya şöbələrinin 28 faizi xarici şirkətlərə verilib. Eyni zamanda 78 rayon və şəhərdə sterilizasiya sistemi yenidən tətbiq olunur.

Bundan başqa, iclasda ictimai nəqliyyat sektorunun hələ də özünü təmin etmək səviyyəsinə çatmaması, ona görə də dövlət büdcəsindən dəstəklənməsi deputatlar tərəfindən tənqid edilib. Hökumət nümayəndələrinin fikrincə, ictimai nəqliyyatda tariflərə yenidən baxılmaması, dəmir yolu infrastrukturunun hazırkı aktiv tələblərə kifayət qədər cavab verməməsi, sektorda rəqabət mühitinin inkişaf etdirilməsinin çətinliyi problemlər yaradır.

Mehman Mehdiyev
Xəbəri paylaş