Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

THY 8 ayda 60 milyondan çox sərnişin daşıyıb

THY 8 ayda 60 milyondan çox sərnişin daşıyıb


Türk Hava Yolları (THY) cari ilin yanvar-avqust dövründə 60,7 milyon sərnişin daşıyıb.

Newscenter.az şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Türk Hava Yollarının cəmi sərnişin sayı yanvar-avqust aylarında keçən ilin eyni dövrünə görə 5,8 faiz artıb.

Ötən ilin yanvar-avqust aylarında 20,9 milyon olan beynəlxalq transfer sərnişinləri, bu ilin eyni dövründə 10,3 faiz artaraq 23,1 milyona çatıb.

Cari ilin eyni dövründəki 1,3 milyon tonla müqayisədə ötən ilin yanvar-avqust aylarında yük və poçt daşımalarının həcmi 5,4% artaraq 1,4 milyon tona çatıb. Avqustun sonuna şirkətin donanmasının sayı 501 təyyarə olub.

Mehman Mehdiyev
Xəbəri paylaş