Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanlıların neçə faizi idmanla məşğul olur?

Qazaxıstanlıların neçə faizi idmanla məşğul olur?


Qazaxıstanda 8,5 milyona yaxın insan müntəzəm olaraq bədən tərbiyəsi və idmanla məşğul olur.

Newscenter.az-ın xəbərinə görə. bu barədə Qazaxıstanın Turizm və İdman Nazirliyindən məlumat verilib.

Bu, ümumi əhalinin 41,4 faizini təşkil edir. Bunlardan 6 021 117 nəfər (72%) kişidir;
2 385 096 nəfəri (28%) isə qadınlardır.

Kənd yerlərində 3 milyona yaxın insan müntəzəm olaraq idmanla məşğul olur. Bu rəqəm əvvəlki illə müqayisədə 300 min nəfərdən çox artıb.

Nazirliyin əsas məqsədi 2029-cu ilə qədər idmanla məşğul olan insanların xüsusi çəkisini 50%-ə çatdırmaqdır.

O da bildirilib ki, respublika üzrə 298 mindən çox uşaq və yeniyetməni idmanla təmin edən 912 yeniyetmə klubu fəaliyyət göstərir.

Mehman Mehdiyev
Xəbəri paylaş