
Küçələrimizdə sabitliyin, başda İstanbullu qardaşlarımız olmaqla millətimizin dincliyinin pozulmasına heç vaxt icazə verməyəcəyik.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ana müxalifətin köhnə və yeni üzvləri arasında güclənən hakimiyyət mübarizəsinin ölkənin nailiyyətlərinə xələl gətirməsinə imkan verilməyəcək:
"Biz Konstitusiyamız və qanunlarımız çərçivəsində məhkəmə və inzibati proseslərin rəvan işləməsini təmin etmək üçün üzərimizə düşən vəzifələri ciddi şəkildə yerinə yetirəcəyik.
Biz Türkiyəni daimi olaraq yüksək gəlirli ölkələr liqasına yüksəltmək istəyirik. İnflyasiyanı birrəqəmli rəqəmlərə endirməkdə qərarlıyıq".
Süleyman