
Venesuela Prezidenti Nikolas Maduro son çıxışında ABŞ hücum edərsə hərbi formada buna cavab verəcəklərini bildirdi.
Venesuela ABŞ münaqişəsi Eks Prezident Huqo Çavesin dünyasını dəyişdikdən sonra Maduronun hakimiyyətə gəlməsi ilə başlamışdır.
Neft və qaz ölkəsi olan və Latın Amerikasının iqtisadi gücü, zəngin və sosial rifah dövləti kimi tanınan Venesuelanın qitəni kasıb və zəif hala düşmüş formada idarə etmək istəyən Vaşinqtonun maraqlarına zidd idi.
Hələ XX əsrin əvvəllərindən bu qitəni dollar diplomatiyası siyasəti ilə yəni, borca kreditlər verməklə müstəmləkəyə çevirən ABŞ vaxt keçdikcə artıq Latın ölkələrinin daxili siyasətinə belə təsir etməyə başlamışdır.
Qitədə ABŞ ın əsas super güc olma istəyi siyasəti üçün əsas şərait həm də zəif və inkişaf etməmiş ölkələrlə qonşu olmaq vasitəsilə formalaşa bilər.
Birincisi, Meksika, Braziliya, Boliviya və sair Ölkələrin iqtisadi və sosial rifah göstəricilərinin aşağı olması, işsizlik, təhsilin keyfiyyətinin zəif olması səbəbindən tez zamanda inkişaf edə bilməzlər və qlobal ticari bazara ABŞ səviyyəsində məhsullar çıxara və Vaşinqtonla rəqib ola bilməzlər.
Həm də, kütləvi miqrant axını ilə ziyalı şəxslərinin əsasən ABŞ və sonra Avropaya miqrasiya etməsi nəticəsində sosial və elmi bazasını itirməsi bu dövlətləri ABŞ qarşısında ikinci dərəcəli ölkəyə çevirir.
İkincisi, neft və qaz yataqlarına sahib Meksika, Venesuela və digər ölkələrin güclənməsi ilə onların Qitədə əsas yanacaq ixracatçılarına və yüksək miqdarda nəhəng maliyyə qazancı əldə edən qüvvəyə çevriləcək , beləcə inkişaf edərək, sosial rifah ölkəsi olacaqlar.
Venesuela da vaxtilə Huqo Çavesin ölümünədək qitənin rifah ölkəsi idi lakin, Maduronun Prezident olması və Rusiya meyilli xarici siyasəti ilə ABŞ nin sanksiyaları altına düşdü və pul vahidi dəyərini itirdi, yoxsulluq və işsizlik yüksək həddə çatdı. Rusiya, əgər Latın Amerikasında Venesuela ilə əsas müttəfiq kimi münasibətləri daha da inkişaf etdirsə, digər region ölkələrinə də çıxış əldə etmiş olur, onlarla iqtisadi tərəfdaşlığı genişləndirərək biznes əməliyyatlarına başlaya bilərdi.
Latın Ölkələri isə Rusiyanın təsiri altına düşərək həm ticari və maliyyə dəstəyi ala, həm daxili həm Rusiya şirkətləri yaradaraq beynəlxalq əməliyyatlara cəlb edə beləcə ABŞ qarşısında əsas rəqiblərə çevrilə bilərdilər.
Venesuelanın neft və qaz yataqlarına nəzarət etmək imkanı ABŞ üçün Panama kanalına nəzarət etmək qədər əhəmiyyət daşıyır.
Panama kanalını ələ keçirməklə buradan keçəcək gəmilərdən əldə edilən rüsumu da əldə edəcək Vaşinqton Venesuelanın təbii sərvətlərini özününküləşdirməklə yanacaq ehtiyacını qarşılayacaq, daxili bazarda istehsalata gərəkən neft və qeyri neft xammalı əldə edəcək.
Həm də bu ölkə vasitəsi ilə qitənin digər ölkələrini nəzarətdə saxlaya, hərbi bazalar yaradaraq Rusiya və Çin kimi iqtisadi siyasi rəqiblərin bölgəyə gəlməsinin qarşısını almaq istəyir
İsa İsmayılov, siyasi şərhçi
Newscenter.az üçün