Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya yeni epidemiyanın astanasında: Çində yeni koronavirus aşkar edildi

Dünya yeni epidemiyanın astanasında: Çində yeni koronavirus aşkar edildi


Çində insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkarlanıb.

Newscenter.az xəbər verir ki, Çin alimləri COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna bənzər şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər. Tədqiqata Wuhan Virusologiya İnstitutunda işləyən "yarasa qadın" kimi tanınan virusoloq Şi Zhengli rəhbərlik edib.

Cell jurnalında dərc edilən araşdırmada Şi və komandası HKU5 koronavirusu ilə əlaqəli yeni bir virus müəyyən etdiklərini açıqlanıb. Araşdırmaya görə, “HKU5-CoV-2” adlanan bu yeni virus SARS-CoV-2 ilə eyni ACE2 reseptorundan istifadə edərək insan hüceyrələrinə bağlana bilir.

Alimlər bu virusun heyvanlardan insanlara birbaşa və ya ara ev heyvanları vasitəsilə keçmə riskinin yüksək olduğunu bildiriblər.

Süleyman
Xəbəri paylaş