Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

ADY hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib


ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qatarların qrafikində kənara çıxma halları müşahidə oluna bilər.

Newscenter.az xəbər verir ki, ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir.

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.

Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə icra edilir.
Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.

Süleyman
Xəbəri paylaş