
Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayonu Şükürbəyli kəndinin sakinləri ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı 20-dən çox seçicinin qayğıları dinlənilib və bəzi müraciətlərlə bağlı yerində qərarlar qəbul olunub.
Vətəndaşların müraciətləri məşğulluq, ixtisasartırma, mənzil təmiri, vetranlıq statusunun alınması, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti, sosial təminat və digər mövzuları əhatə edib.

Bir sıra müraciətlər ilə bağlı müvafiq dövlət qurumları əlaqə saxlamaqla görüşdə həllinə nail olunub. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan digər məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərmək planlaşdırılıb.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşdə iştirak etmək istəyən vətəndaşlar deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər.
Süleyman