Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda ekoloji təmiz enerji layihələrinin həyata keçirilməsi bölgənin təbii ehtiyatlarının qorunmasına xidmət edir

Qarabağda ekoloji təmiz enerji layihələrinin həyata keçirilməsi bölgənin təbii ehtiyatlarının qorunmasına xidmət edir


"Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı. Bu zəfər Azərbaycan xalqına yeni üfüqlər açdı və Qarabağa Böyük Qayıdış prosesini reallığa çevirdi.

18-19 fevralda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Xankəndi şəhərlərinə səfəri, həyata keçirilən layihələr və görülən işlər bu qayıdışın əhəmiyyətini bir daha sübut edir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası sadəcə bir infrastruktur layihəsi deyil, bu, Azərbaycanın tarixi, mədəni və sosial inkişafı üçün strateji əhəmiyyət daşıyan bir prosesdir:

"Burada aparılan quruculuq işlərinin əsas məqsədləri aşağıdakılardır:

Düşmən tapdağında 30 ilə yaxın qalan torpaqlarımızda indi orada həyat bərpa olunur. Bərpa prosesində müasir infrastrukturun qurulması xüsusi diqqət mərkəzindədir. Xankəndi və Ağdamda açılan yeni hotellər, təhsil və mədəniyyət ocaqları, yaşayış kompleksləri və digər obyektlər göstərir ki, Qarabağ artıq müasir Azərbaycanın inkişaf simvoluna çevrilib.

Yenidənqurma işləri Qarabağda iqtisadi canlanmaya da səbəb olur, iş yerləri açılır, yerli və xarici sərmayə cəlb olunur. Bütün bunların fonunda Qarabağda ekoloji təmiz enerji layihələrinin həyata keçirilməsi və “yaşıl enerji zonası” konsepsiyası bölgənin təbii ehtiyatlarının qorunmasına xidmət edir".

Süleyman
Xəbəri paylaş