
Lerik rayonunun Monidigah kəndində növbəti səyyar qəbul keçirilib.
Newscenter.az xəbər verir ki, qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərləri və Monidigah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Monidigah, Həzovi, Nisli, Jindi və Pendi kəndlərinin sakinləri iştirak edib.

Sakinlər kənd təsərrüfatının inkişafı üçün suvarma sisteminin yaradılması, elektrik təsərrüfatının yenilənməsi, kənddaxili yolların təmiri, işsizlik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Kənd sakinlərinin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.
Süleyman