Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan prezidenti Fransada görüşlərə başlayır

Özbəkistan prezidenti Fransada görüşlərə başlayır


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə dövlət səfəri başlayıb.

Newscenter.az Özbəkistan Prezidentinin saytına istinadən bildirir ki, Şavkat Mirziyoyevi hava limanında Fransanın milli təhsil, ali təhsil və elmi araşdırmalar naziri Elizabet Born, Paris Hərbi Dairəsinin komandanı general Loik Mizon və digər rəsmi şəxslər qarşılayıblar.

Orli Beynəlxalq Hava Limanında hər iki ölkənin dövlət bayraqları qaldırılıb, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidentinin bu gündən Parisdə rəsmi görüşləri başlayıb. Proqrama əsasən, Yelisey sarayında yüksək səviyyəli Özbəkistan-Fransa danışıqları aparılacaq.

Şavkat Mirziyoyev YUNESKO-nun baş direktoru Odri Azule ilə də görüşəcək, Fransanın aparıcı şirkət və banklarının nümayəndələri ilə dəyirmi masa keçirəcək.

Süleyman
Xəbəri paylaş