
"Bu gün ən böyük problemimiz səriştəli, savadlı, təcrübəli, bacarıqlı və təmənnasız əməkdaşlarımızın çox az olmasıdır".
Newscenter.az xəbər verir ki. bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O deyib ki, yaxşı əməkdaş yetişdirmək üçün öncə xidmət sahələrində sağlam mühit formalaşmalıdır:
"Çunki sağlam mühitdə sağlam, hərtərəfli, təcrübəli əməkdaş yetişdirmək olar. İstənilən sahəyə təyin edilən rəhbər gərək özünü elə aparsın ki, hər bir kəsə vətəndaşlıq nümunəsi nümayiş etdirsin. Eqoları yüksək olan, özündənrazı, rüşvətə bulaşmış, riyakar və yaltaq insandan digər şəxslər hansı nümunəni götürə bilər. Yaxud da ki, yalan danışan, pul güdən, əməkdaşlar arasında ayrıseçkilik salan, özündən güclüyə, hətta imkanlı cinayətkara belə yaltaqlanan şəxsdən gənc əməkdaş hansı xarakterləri götürəcək? Sadaladıqlarımı hamıya şamil etmirəm. Bu haqsızlıq olar. Amma etiraf da edək ki, bu kimi hallara cox rast gəlinir".
Hüquqşünasın sözlərinə görə, öncə istənilən sahəyə rəhbər təyin edilən şəxs dürüst, qanunlara riayət edən, vicdanlı vətəndaş olmalıdır ki, tabeciliyində olan əməkdaşlarda onlardakı yüksək keyfiyyətli xarakterləri mənimsəsinlər:
"Bir sözlə, xidmət yerində rəhbər vəzifələrə təyin edilən şəxs özü şəxsiyyət olmalıdır ki, yaxşı şəxsiyyət tərbiyə edə bilsin. Bundan sonra digər məsələlərdən danışmaq olar".
Süleyman