
Özbəkistanda bərpa olunan enerji mənbələrinin inkişafı istiqaməti müəyyən edilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu ölkənin Qanunvericilik Palatasının komitəsinin üzvü Boriy Əlixanov deyib.
O bildirib ki, respublikanın enerji təhlükəsizliyini təmin etmək üçün başqa üsullar haqqında düşünmək və enerji sektorunu şaxələndirmək vacibdir:
"Bunun üzərində işləmək lazımdır. Nəzərə alsaq ki, Özbəkistanın ümumi daxili məhsulu təxminən 5-6 faiz artır, əhalinin artımı isə ildə 700-800 min nəfər təşkil edir, 2030-cu ilə qədər bizə ən azı 130 milyard kiloqram elektrik lazımdır".
Süleyman