Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropadan ABŞ-a gələn təyyarədə meyit tapılıb

Avropadan ABŞ-a gələn təyyarədə meyit tapılıb


Avropadan ABŞ-a gələn American Airlines təyyarəsinin eniş şassisində meyiti tapılıb.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, Şimali Karolinadakı Charlotte Douglas Beynəlxalq Hava Limanının işçiləri təyyarəyə baxış zamanı hava gəmisinin eniş şassisində cəsəd aşkar ediblər.

Səlahiyyətlilər mərhumun kimliyini, ölüm səbəbini və ya təyyarənin hansı Avropa şəhərindən gəldiyini açıqlamasa da, həmin şəxsin qaçaqmalçı olması ehtimalını araşdırdıqlarını bildiriblər.

Hava limanının rəhbərliyi hadisədən "dərin kədər" ifadə edərək, istintaqa dəstək verəcəklərini, American Airlines isə polislə əməkdaşlıq etdiklərini açıqlayıb.

Anar Əliyev
Xəbəri paylaş