Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda 3 minə yaxın ailəyə qurban payı verilib

Yevlaxda 3 minə yaxın ailəyə qurban payı verilib


Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər. Respublikamızın hər yerində olduğu kimi Yevlaxda da İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini özündə əks etdirən bayramlardan biri olan Müqəddəs Qurban bayramı geniş qeyd edilir.

Newscenter.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən bayram münasibətilə qurbanlar kəsilib, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, aztəminatlı ailələrə ümumilikdə 3000-ə yaxın ailəyə paylanıb.

Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Süleyman
Xəbəri paylaş