Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cocuq Mərcanlıda vətəndaşlar qəbul edilib

Cocuq Mərcanlıda vətəndaşlar qəbul edilib


Newscenter.az.19.04.2019. Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov aprelin 19-da Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib.

Agentlikdən Newscenter.az-a bildirilib ki, əvvəlcə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilib. Görüş zamanı məktəbə dövlət agentliyi tərəfindən kompyuter dəstləri və məktəbli geyimləri hədiyyə olunub.

Cocuq Mərcanlı kəndində yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında keçirilən qəbulda Cəbrayıl, Xocavənd və Füzuli rayonlarından olan 16 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən AAYDA-nin İdarə heyətinin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Xəbəri paylaş