Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub



Newscenter.az.16.07.2019
. Rusiya Azərbaycanlıları İttifaqının təşəbbüsü (RAİ) ilə bir qrup diaspor fəalı, vətəndaş cəmiyyətinin üzvləri və media mənsubları hospitalda müalicə alan Milli Qəhrəman Zabit Quliyevi ziyarət ediblər.

Newscenter.az xəbər verir ki, Milli Qəhrəmanımızla görüşən RAİ-nin mətbuat katibi Anar Həsənov, Qafqaz Beynəlxalq Hüquq İnstitunun rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Güclü Azərbaycan Naminə Hərəkatın üzvü İlqar Həsənov, Qarabağ qazisi Qəhrəman Abdullayev, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Turan.TV-nin rəhbəri Orxan Vəliyev və media nümayəndələri onun səhhəti ilə maraqlanıb söhbət ediblər.

Bildirilib ki, Azərbaycvan dövləti qazilərimizə, şəhid ailələrimizə, o cümlədən Milli Qəhrəmanlarımıza həssas yanaşır, xüsusi diqqət və qayğı göstərir: “Biz də öz növbəmizdə vətəndaş cəmiyyətinin nümayəndələri olaraq Milli Qəhrəmanımıza daim diqqətlə yanaşmağı özümüzə borc bilirik. Rusiya Azərbaycanlıları İttifaqı Qarabağ uğrunda canını fəda etmiş bütün qəhrəmanlarımıza, qazilərimizə daim diqqətlə yanaşır və onlara lazimi dəstək göstərməyə hazırdır”.
Xəbəri paylaş