Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan voleybolçuları bu tarixdə mübarizəyə qoşulacaq



Newscenter.az.1.07.2020. Avropa Voleybol Konfederasiyası (CEV) kişilər və qadınlar arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb. Koronavirus pandemiyası üzündən təxirə salınan yarışların seçmə mərhələ oyunları gələn ilin əvvəlində baş tutacaq.

Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, qadınlardan ibarət Azərbaycan millisi birbaşa AVRO-2021-dən mübarizəyə başlayacağından, kişi voleybolçularımız seçmə mərhələdə qüvvəsini sınayacaq. Komandamız 1-ci dövrəni yanvarın 7-10-da Gürcüstanda, 2-ci dövrəni ayın 14-17-də Monteneqroda keçiriləcək.

Qeyd edək ki, millimiz F qrupunda Gürcüstan və Monteneqro ilə yanaşı, Yunanıstanla üz-üzə gələcək.

Sevinc
Xəbəri paylaş