ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ekspert: "Deputatın XİN rəhbəri barədə fikirləri ciddi arqumentlərə söykənməyibsə,......"

4-07-2020, 15:08



Newscenter.az.4.07.2020. “Dünən DTX-nın XİN-də istintaq-əməliyyat tədbirləri həyata keçirməsi haqqında məlumat yayıldı və ilkin məlumatlar belədir ki, maliyyə vəsaitinin mənimsənilməsi və s. kimi əsaslar var. Birmənali olaraq, XİN-də dövlət vəsaitini mənimsəyən kimliyindən asılı olmayaraq hər bir şəxs vəsaiti qaytarmali, işdən kənarlaşdırılmalı və həbs olunmalıdır"

Newscenter.az xəbər verir ki, bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva səsləndirib. O, bildirib ki, bunun başqa yönü yoxdur:

"Amma, bu gün mediada bir parlament üzvü DTX nın XİN-dəki istintaq-əməliyyatını şərh edərkən deyir SİTAT:-" Mən bunu bir neçə dəfə ehtiyatlı şəkildə öz açıqlamalarımda bildirmişəm, Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm" Elmar Məmədyarovu bəyənmək də olar, bəyənməmək də. Bəyənməmək üçün lap çoxlu əsaslar var. Amma Azərbaycan Xarici Siyasət Servisinin rəhbərinı "erməni lobbisi ilə iş birliyi var" eyhamı vurmaq, bunu mediaya açıq elan etmək, bunun üçün onu bəyənməməkdən savayı həm də çooox ciddi əsaslar olmalıdır".

Yeganə Hacıyeva hesab edir ki, belə fikirləri mediaya açıq elan edən şəxs bunun məsuliyyətini də dərk etməlidir:

"Və bu eyham üçün ona məlum olan fakt və əsasları aidiyyatı quruma təqdim etməlidir. Bu açıqlama ciddi arqumentlərə söykənməyibsə, yəni böhtandırsa, o zaman bu fikirlər ümumilikdə Azərbaycan Xarici İşlər Nazirliyini gözdən salınmasına yönəlik bir təşəbbüsdür. Milli maraqların müdafiəsi üçün gecə-gündüz çalışan insanları ermənilərlə iş birliyində günahlandırmaqdır".

Anar

Oxşar xəbərlər
SON XƏBƏRLƏR