Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərpa olunan enerji sahəsində Azərbaycan-Britaniya əməkdaşlıq imkanları müzakirə edilib



Newscenter.az.20.11.2020. Azərbaycan Respublikası Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınınölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru və enerji məsələləri üzrə regional rəhbəri Joel Derbyshirearasında onlayn görüş keçirilib.

Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, Zaur Məmmədov tarixi qələbəmizin vəişğal altında olan torpaqlarımızın azad olunmasının ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, enerji layihələrimizin dətəhlükəsizliyini daha etibarlı təmin edəcəyini qeyd edib.
Daha sonra Azərbaycandaenergetika sahəsində islahatlar, ənənəvi energetika, liberal bazar mexanizmlərinə keçid, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində hazırlanmış qanunvericilik aktları haqqında məlumat verilib və “Energetika haqqında” qanun layihəsinin hazırlanma prosesinin davam etdirildiyi bildirilib. Eyni zamanda, bərpa olunan enerji sahəsində görülən işlər,günəş və külək enerjisi sahəsindəhəyata keçirilən pilot layihələr,sahə üzrə beynəlxalq əməkdaşlıq məsələləri, ölkəmizdə bərpa olunan enerji potensialı, o cümlədəndənizdə külək enerjisindən istifadə perspektivləri barədə məlumat verilib.

Görüşdə işğaldan azad edilmiş regionların bərpa olunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisi üzrə yüksək potensiala malik olması da xüsusiləvurğulanıb. Həm bu sahələr üzrə, həm də Azərbaycandadənizdə külək enerjisi, enerjinin saxlanması, hidrogen enerjisi sahələrinin inkişafı istiqamətində birgə əməkdaşlıq imkanlarının araşdırılmasının məqsədəuyğun olacağı qeyd edilib və qarşı tərəfdən ünvanlanan suallar cavablandırılıb.

Sevinc
Xəbəri paylaş