Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni rayon yaradılacaq

Yeni rayon yaradılacaq


Qazaxıstanda yeni rayon yaradılacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Astana administrasiyası məlumat yayıb. Bildirilir ki, paytaxtın Almatı rayonu ikiyə bölünərək yenidən təşkil olunacaq.

Belə ki, əhalinin artması və ərazinin şəhərsalma infrastrukturunun fəal inkişafı ilə əlaqədar, habelə inzibati-ərazi idarəetmənin optimallaşdırılması məqsədilə Astana şəhərində Almatı rayonunun yenidən təşkili barədə qərar qəbul edilib.

Bundan əvvəl paytaxt məclisinin sədri Yerlan Kanalimov Astanada altıncı rayonun yaradılması təşəbbüsü ilə çıxış edib.

Anar Əliyev
Xəbəri paylaş