Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZTA əməkdaşlıq memorandumu imzalayıb

AZTA əməkdaşlıq  memorandumu imzalayıb


Newscenter.az.7.12.2018. Azərbaycan Turizm Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Newscenter.az-a daxil olan məlumata görə, memorandumu AZTA rəhbəri Nahid Bağırov və AQSİA sədri Səkinə Babayeva imzalayıb. Memorandumun məqsədi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Turizm Komissiyasının AZTA ilə əməkdaşlıq əlaqələrinin qurulması, turizm sahəsində qadın sahibkarların fəaliyyətinin təşviqi və dəstəklənməsindən ibarətdir.

İmzalanma mərasimi çərçivəsində tərəfər səmərəli əməkdaşlığın formalaşması üçün birgə İşçi Qrupunun yaradılması barədə qərar qəbul ediblər. İşçi qrupunun fəaliyyəti qadın sahibkarların xüsusi təlimlərdə iştirak etməsini təmin etmək, eləcə də, bölgələrə infoturların təşkil edilməsi və yerli əhali arasında kənd turizminin ev təsərrüfatı şəratində inkişafı potensialı haqqında məlumatlandırmaqdan ibarət olacaq.
Xəbəri paylaş