Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ heyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsinə baş çəkib

Aİİ heyəti  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsinə baş çəkib


Newscenter.az.9.01.2019. Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi,əməkdaşlarıvətələbə heyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsini ziyarət edib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, institutun rektoru Ceyhun Məmmədov görüş zamanı qeyd edib ki, Aİİ tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi, milli ruhda hazırlanması, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirir. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında yaradılmış yeni ali təhsil müəssisəsidir.

Azərbaycanda insan hüquqlarınınqorunması sahəsinə xüsusi diqqət yetirildiyini vurğulayan C.Məmmədov, cəzaçəkmə müəssisələrində məhkumların saxlanma vəziyyətinin buna bariz nümunə olduğunu qeyd edib. O qeyd edib ki, dövlətimiz tərəfindən məhkum qadınların hüquqlarının müdafiəsi, problemlərinin həlli, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir.

Ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edən rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun təsis edildiyini bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu bildirib. Rektor Aİİ-nin fəaliyyətindən, təşkil etdiyi tədbirlərdən, seminar və layihələrdən bəhs edib.
Rektor bildirib ki, cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək hər bir ölkə vətəndaşının vəzifəsidir.

Penitensiar Xidmətin əməkdaşlarının və İnstitut kollektivinin,həmçinin tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxış edən ədliyyə kapitanı, psixoloq Zülfiyyə İbrahimova dövlətin göstərdiyi qayğı və diqqətin hər zaman yüksək səviyyədə olduğunu vurğulayıb. O,bu ziyarətin təqdirəlayiq olduğunuvurğulayaraq, silsilə tədbirlərin gələcəkdə də davam etdirilməsinin mənəvi dəstəyəehtiyac duyan qadınlar üçün vacibliyini bildirib.

Ziyarət zamanı Aİİ heyətitərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara müxtəlif hədiyyələr təqdim olunub.

Xəbəri paylaş