Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada Azərbaycan muğam konserti keçirilib

Fransada Azərbaycan muğam konserti keçirilib


Newscenter.az.16.01.2019. Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Fransanın Lion şəhərinin ən mötəbər konsert zallarından olan Le Palais Bondy (Bondi Sarayında) Azərbaycan muğam triosunun konserti keçirilib.

Newscenter.az xəbər verir ki, konsert Azərbaycanda ilk dəfə olaraq qadınlara seçmə, seçilmə hüququnun verilməsinin 100 illiyinə həsr olunub. Konsertdə Əməkdar artistlər Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ustalıqla ifa edib.

Tədbiri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova açaraq Azərbaycan Respublikasının Fransadakı səfiri, cənab Rəhman Mustafayevə zəngin Azərbaycan mədəniyyətinin Fransa regionlarında təbliğ olunmasındakı dəstəyinə görə təşəkkürünü bildirib. Tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan muğam mədəniyyəti və tarixindən söz açaraq muğamın azərbaycanlıların əsas mədəni sərvətlərdən biri olduğunu vurğulayıb.

Daha sonra tədbirdə, Azərbaycan Respublikasının Fransadakı səlahiyyətli səfirini təmsil edən Vaqif Ağayev çıxış edib. O, Azərbaycan mədəniyyətinin qorunmasında və dünyada tanınmasında Heydər Əliyev Fondunun müstəsna işindən danışaraq muğam sənəti barədə məlumat verib.
Xəbəri paylaş