Newscenter.az.23.01.2019. “Meydan tv öz instaqram səhifəsində blogger Mehman Huseynovla leytenant Əli Abdalovun barışıq şəklini yerləşdirib və bununla bağlı minlərlə rəy yazılıb. Maraq üçün həmin rəyləri oxumağa başladım və kaş oxumaz olaydım”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva deyib ki, Mehmanı dünən qəhrəman edənlər indi onu söyür, anasının südünü haram bilirlər:
“Yazığım gəldi bu sürüngənlərə. İlahi, yəni bu qədərmi tərbiyəsiz və riyakar olmaq olar?! Mehman səhvini başa düşüb Cənab Prezident İlham Əliyevə müraciət edirsə, polis leytenantı ilə barışırsa, indi onu daşlamaq lazımdır?. Budur sizin dostluq, yoldaşlıq anlayışınız?. Yazıq məxluqatlar Nə isə... Sözüm o kəslərədir ki, siz hələ çox gözləyərsiz, amma bu xalq öz liderinin - Prezident İlham Əliyevin dəstəkçisidir və lider dediyin də belə olar”.