Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gender bərabərliyinə dair qanunvericilik gənclər arasında təbliğ ediləcək

Gender bərabərliyinə dair qanunvericilik gənclər arasında təbliğ ediləcək


Newscenter.az.25.01.2019. “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender bərabərliyinə dair qanunvericiliyin gənclər arasında təbliği!” layihəsinin icrasına başlanılıb. Newscenter.az-a daxil olan məlumata görə, layihənin əsas məqsədi regionlarda gənclər və gənc qadınlar üçün gender bərabərliyinə dair qanunvericiliyin təbliği və bu maarifləndirmə işini təşkil etməklə cəmiyyətdə gender bərabərliyinin inkişafına nail olmaqdan ibarətdir.

Layihənin əsas vəzifələri gender bərabərliyinə dair qanunvericiliyin təbliği, region gənclərinin maarifləndirilməsi, qanunvericiliyin müddəalarının izah edilməsi, gənc qadınların inkişafına nail olmaq və gender bərabərliyi mədəniyyətinin təbliği etməkdir.

Layihənin rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində Xaçmaz və Şabran rayonlarında həyata keçiriləcək. Ümumilikdə doqquz təlimi əhatə edən layihəyə 180 nəfər 15-29 yaşları əhatə edən gənclər cəlb olunacaqlar. Layihə Xaçmaz və Şabran rayonlarının peşə liseyi və orta ümumtəhsil məktəblərində keçiriləcək.

Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin layihədən sonra da davam etdirilməsi təmin ediləcək.
Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.
Xəbəri paylaş