Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaz xətləri yenilənir

Qaz xətləri yenilənir


Newscenter.az.25.01.2019. İqtisadiyyatın digər sahələri ilə yanaşı qaz təchizatı sahəsinin dinamik inkişafı və modernizasiyası, göstərilən xidmətlərin tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi məqsədilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhərində təbii qaz təchizatı şəbəkəsinin yenidən qurulması istiqamətində gördüyü işlər şəhərin sosial-iqdisadi inkişafı nöqteyi-nəzərindən mühüm yer tutur.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, həyata keçirilən layihələr paytaxtımızın qaz təchizatı şəbəkəsinin hazırkı gücünü artıraraq, abonentlərin tələbatının ödənilməsi, istehlakçılarin təbii qazla fasiləsiz təmin edilməsi, qaz təsərrüfatı sisteminin etibarlılığının artırılması, təhlükəsizlik şərtlərinin beyləlxalq standartlara uyğunlaşdırılması və yüksəldilməsi, qaz itkisinin qarşısının alınması, monitorinq və nəzarət sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, həmçinin, istismar və sazlama konsepsiyasının ən müasir səviyyədə qurulması məqsədini daşıyır.

Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Nizami rayonu ərazisində aparılan işlərdə bu qəbildəndir. Belə ki, rayonun Azər Manafov küçəsindən başlayaraq Tofiq Abbasov küçəsi ilə ümumi uzunluğu 1400 metr olan yeni diametri 315 və 200 mm-lik polietilen qaz kəmərlərinin çəkilməsi, istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılması məqsədilə qaz tənzimlyici şkafların və siyirtmələrin quraşdırılması nəzərdə tutulmuşdur. Artıq həmin ərazidə aparılan işlərin böyük hissəsi yerinə yetirilmişdir. Aprılan işlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan istehlakçıların normativ təzyiqlə, dayanıqlı və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradacaq.
Xəbəri paylaş