Newscenter.az.31.05.2019. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasınin Sosial Məsələlər üzrə Komissiyasının dəstəyi, ABC Tədris və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə başladılan " Həkimlər valideynlərin dili ilə" adlı layihə çərçivəsində yeni görüş keçirilib.
Newscenter.az xəbər verir ki, valideynlərin də qatıldığı tədbirin budəfəki qonaqları nevroloqlar olublar. Azərbaycan və Özbəkistandan da qonaqların qatıldığı tədbir maraqlı müzakirələr diskussuya şəraitində keçib. Prof. Jurabəyova Aziza (Özbəkistan respublikası Nevrologiya kaf. müdiri), Aliya Velelyayeva - Özbəkistan respublikası Psixologiya elmləri namizədi və Əntiqə Məmmədovanın (K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) da qatıldığı tədbirdə bir sıra vacib məsələlər qaldırılıb və maarifləndirici tövsiyyələr verilib.
Tədbirin bu dəfəki mövzusu nevrozlar olduğu üçün mövzuya maraq daha çox olub və iyirmidən çox valideyn mütəxəssislərdən məsləhətlər də alıblar. Daha sonra valideynlər mövzu ətrafında bir sıra suallar səsləndiriblər, övladlarında müəyyən nevroloji problemlərin olmasından şübhələnən bəzi valideynlər həkimlərdən məsləhətlər alıblar. Tədbir çərçivəsində xarici qonaqlar azərbaycanlı həmkarları-həkim və sahibkar qadınlar ilə də ünsiyyətdə olub onların fəaliyyətləri, uğur və təcrübələri ilə maraqlanıblar. Tədbirdən sonra əcnəbi qonaqlar Azərbaycanın bir sıra görməli yerlərini, tarixi və mədəni abidə və məkanlarını ziyarət ediblər. Qeyd edək ki, layihəyə maraq artmaqdadır və layihə çərçivəsində ayda iki dəfə olmaqla valideynlərlə həkimlərin görüşü keçirilir. Bundan əvvəlki tədbirlərdə valideynlərin pediatrlarla və nevroloqlarla görüşü təşkil edilmişdi. Növbəti tədbirdə isə göz həkimləri ilə valideynlərin ünsiyyəti təşkil ediləcək.