Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ siyasətində yevangelizm faktoru

ABŞ siyasətində yevangelizm faktoru


Newscenter.az.6.06.2019. ABŞ-ın xarici siyasətinə təsir göstərənlər arasında yevangelist presveterian cərəyanının böyük təsir imkanları var. Bu inanca xidmət edənlər olduqca radikal, ideologiyalarına dərin bağlı olan kəslərdi. Onlar İsrailə böyük loyallıq göstərirlər. Əslində bu loyallıq onların yəhudilərə bir vasitə kimi baxmaları aspektindən dəyərləndirilməlidir. Yevangelistlər düşünür ki, Yəhudilər bir gün İsa Məsihi qəbul edəcəklər. Onlar İsraili qorumağı, onu bütövləşdirməyi özlərinə ilahi bir vəzifə kimi qəbul edirlər. Onlar üçün Amerikanın gücü, onun İsrailə yardım etməsindədir. Yevangelistlər düşünür ki, bütün müqəddəs kitablarda İsrailin yaranması, bütövləşməsi orada bütün yəhudilərin toplanması var və bu missiyaya yardım edənlər Allah qarşısında dərin hörmətə malik olur, qiymətləndirilir, mükafalandırılır. Xristianlığın bu cərəyanına İsrailə qarşı bu cür mövqeyinə görə "sionist xristianlar" deyilir. Əslində yevangelistlər Qərbin materialist fəlsəfəsinə birbaşa ziddirlər. Yevangelistlərə görə İsa o zaman zuhur edəcək ki, Yəhudilər onu qəbul edəcək, bütün yəhudilər İsraildə toplanacaq, və Davudun 3-cü məbədi inşa ediləcək.

Yevangelistlər, Qərbin liberal-demokrat ideyalarının inkişafına səbəb olan materialist ideyalarının bütün doğmalarını inkar edir. Həmçinin Avropada olan xristianlıq cərəyanları, yevangelistlərdən fərqli olaraq Yəhudilərə heçdə isti münasibət göstərmir. Avropada hələ də güclü antisementizm qalmaqdadır. Xüsusilə son dövrlər Avropada güclü panxristianizm istiqamətindən siyasət yürüdən, siyasətçilər nüfuz və reytinqlərini artırmaqdadırlar. Bunlara misal olaraq biz Macarıstanda panxristainist, antimiqrantçı Orbanı, Çexiyada Zemanı misal göstərə bilərik. Yəni Qərbdə yəhudi lobbisinin güclü olması, bütün Qərbin yəhudilərə qarşı loyal və isti yanaşması anlamına gəlməməlidir. Xüsusilə Şərqi və Mərkəzi Avropa dövlətlərində güclü antisementizm qalmaqdadır. Şimali Avropa ölkələrində də İslandiya örnəyi misal göstərilə bilər ki, güclü antisementizm var. Təkcə onu qeyd edim ki, Estoniya Fələstinə ən çox dəstək verən dövlətlərdəndir. Yəqin sonuncu Eurovison mahnı müsabiqəsində İslandiya təmsilçilərinin Fələstin plakatının hardan qaynaqlandığı bizə aydın olar. İslandiyada çox az yəhudi yaşayır.

Yevangelistlərin güclü beyin mərkəzləri, maliyyə donorları var. Hazırda Trump administrasiyasında təmsil olunan Dövlət Katibi Pompeo, müşavir Bolton və Vitse-prezident Pens Yevangelistdir. Pompeo son İsrail səfərində Trumpın İsrail üçün Allah tərəfindən yetirildiyini qeyd etdi. Həmçinin Trump Yeni Zelandiyada baş verən son terror aktına terror demədi. Bunun ən böyük səbəbi Trumpın seçici nüvəsində güclü yevangelist şəbəkəsinin mövcudluğudur. Amerikada olan "ağ supermarsistlərin" də əksəriyyəti məhz Yevangelistdi.Hazırda prezidentliyə namizəd olan Biden onların qatı əleyhdarıdır. Prezident kompaniyasında onlara qarşı yəqin bu amildən istifadə etməyə çalışacaq. Həmçinin əks demokrat cəbhədə "panprotestanist" , lakin yəhudilərə bu qədər isti yanaşmayan insanlar mövcuddur. Onlar isə tərsinə olaraq ideoloji cəhətdən özlərinə yaxın İranı hesab edirlər. Avropanın da aparıcı demokrat-liberal çevrəsi özünə məhz İranı daha yaxın hesab edir. Burada daha çox, ari mədəniyyəti, İran mədəniyyətinin, ari mədəniyyətinin episentrində qəbul edilməsi, liberal dairələrin daha çox material düşüncələrə üstünlük vermələrindən qaynaqlanır. ABŞ-ın sabiq prezidenti Obamanın Trump özünü İsrail prezidenti kimi aparmasın fikri, Obamanın dövründə İsraillə əlaqələrdə soyuqluq bunlara işarədir.

Demokratların bu cür İran mövqeyi həmçinin nə qədər qəribə də görünsə, İran mollarının İranda moderinləşmə tamamlayıcısı kimi görmələri, İran mədəniyyətinin region mədəniyyətlərinin ən alisi kimi qəbul edilməsi, İran mollaları ilə əməkdaşlığın mümkün olmasına inanmaları və İrana dini dövlətdən çox praqmatist, ari mədəniyyətinin daşıyıcısı kimi baxmaları, bu mədəniyyətin etnosentrində fars etnoniminin qalması, İran üçün böyük dividentdir. Buna görə aparıcı dünya liderləri, novruza fars bayramı deyir, İran mədəniyyətini fars mədəniyyəti adlandırır. Çünki onlara fars elitası lazımdır. Bu baxımdan Çin və Avropanın yaxınlaşması ən çox İran üçün faydalıdır. Rusiya üçün respublikaçılar daha sərfəlidir. Belə olan halda yevangelistlər, İranı, İsrail üçün daha qlobal təhdid elan edirlər, onunla bütün kompromislər aradan qaldırılır, beləcə İran Qərblə barışa bilmir bu bazara investisiya yatırmaq mümkün olmur, ən əsası enerji bazarında, Rusiyanın dominantlığı qorunur. Yevangelistlər heç bir zaman sərt müdaxilədən çəkinmirlər. Örnəyi Boltonun 2003-də İraqa müdaxilənin əsas kuratoru olması, hazırda İrana qarşı ən sərt müdaxiləni təşviq etməsi misal göstərilə bilər. Bu baxımdan Trumpın bu qədər İsrailpərəst olmasının arxasında təkcə yəhudi lobbisi yox həmçinin güclü yevangelist şəbəkəsidə əsas səbəbdir.
Kamran Sultanlı, müstəqil ekspert
Xəbəri paylaş