Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Valideynlərlə məktəb arasında ünsiyyət platforması daha da genişləndirilib

Valideynlərlə məktəb arasında ünsiyyət platforması daha da genişləndirilib


Newscenter.az.18.06.2019.
Paytaxt məktəblərində “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər başa çatıb.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, layihənin təşkil olunmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

Tədris ili boyunca davam edən görüşlərdə valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri də keçirilib.
Həmçinin Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunub. Valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verilib
R.Mehdiyeva
Xəbəri paylaş