
Çində Ümumdünya Süni İntelekt Konfransı keçiriləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, süni intelekt sahəsindəki vəziyyəti konfrans iştirakçıları Şanxayda müzakirə edəcəklər. BMT-nin Baş katibi Antonio Quterreş də Ümumdünya Süni İntellekt Konfransında (WAIC) iştirak etmək üçün Şanxaya səfər edib.
Bu il konfransda təmsilçilik səviyyəsi artıb. Keçən il Çinin Baş naziri Li Çianq konfransda çıxış etmişdisə, bu il Çin Prezidenti Si Cinpin çıxış edəcək. Keçən il Quterreş konfrans iştirakçılarına videomüraciət göndərdiyi halda, bu il təşkilatın Baş katibi konfransı canlı olaraq qatılmağa üstünlük verib.
Qeyd edək ki, konfrans 17-20 iyul tarixlərində Şanxayda keçiriləcək. Çin Prezidenti Si Cinpin konfransda əsas nitq söyləyəcək və Çinin süni intellektin inkişafı və idarə olunması ilə bağlı mövqeyini, konseptual təkliflərini açıqlayacaq.
Anar












































