Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İl ərzində təxminən bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

İl ərzində təxminən bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib


Newscenter.az.20.06.2019. Son 12 ay ərzində “Kaspersky Lab” həlləri 930 mindən artıq lisenziyasız video oyunlar adı altında zərərli proqram təminatlarının yüklənməsi cəhdlərini aşkarlayıb və qarşısını alıb. Ən çox - təxminən 130 mindən artıq zərərli proqram təminatı “Minecraft” oyunu adı altında gizlədilib.

Newscenter.az xəbər verir ki, bundan başqa, cinayətkarlar “GTA 5” və “Sims 4” oyunlarını da istifadə edib. Bu oyunların payına müvafiq olaraq 112 min və 105 mindən çox “feyk” düşüb.

Virus yaradıcıları internet istifadəçilərini hələ işıq üzü görməyən, amma maraqla gözlənilən yeniliklərlə cəlb etməyə cəhd ediblər. “Kaspersky Lab” ekspertlərinin rəyinə görə, zərərli fayllar rəsmi olaraq buraxılmayan ən azı on oyun (80%), xüsusilə də “FIFA 20”, “Borderlands 3” və “Elder Scrolls 6” adı ilə yayılır.

Bu gün dünya əhalisinin üçdə biri kompyüter oyunları oynayır. Ancaq əksər insanlar qanuni məzmunlu xüsusi platformalardan istifadə etmək əvəzinə, heç də təhlükəsiz olmayan müxtəlif onlayn-servislərdən lisenziyasız versiyaları yükləməyə üstünlük verirlər.

"Virus yaradıcıları istifadəçilərin yalnız film premyeralarına və məşhur televiziya şoularına deyil, həmçinin video oyunlara olan maraqlarını istismar edirlər. Onlar istifadəçilərin oyun oynayarkən diqqətsiz olduqlarını və uzun illər oynadıqları sevimli oyunlarından zərər gözləmədiklərindən istifadə edirlər. Biz oyunçulara yükləmələr üçün daha etibarlı mənbələri seçməyi, eləcə də, qoruyucu həllərin quraşdırılması və müntəzəm olaraq oyun üçün istifadə edilən bütün cihazlarda kiber təhdidlərinin mövcudluğunu yoxlamağı tövsiyə edirik ", - deyə “Kaspersky Lab" şirkətinin aparıcı antivirus mütəxəssisi Mariya Fyodorova bildirib.

Məşhur oyunların əvəzinə cihazlara zərərli proqram təminatlarının yüklənməsinin qarşısını almaq üçün “Kaspersky Lab” aşağıdakıları tövsiyə edir:

• yükləmələr üçün yalnız etibarlı, qanuni servislərdən istifadə etmək;

• saytın həqiqiliyinə diqqət yetirmək, xüsusilə portalın adının yazılışını və ünvan sətirində “https” olmasını yoxlamaq;

• yükləmədən əvvəl oyunun adında səhvin olmamasına əmin olmaq;

• Geniş təhlükələrə qarşı hərtərəfli qorunma üçün güclü təhlükəsizlik həlləri, məsələn “Kaspersky Security Cloud” quraşdırmaq.

Hesabat haqqında ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:
Xəbəri paylaş